İsko “Betis”də xoşbəxtdir

İsko “Betis”də xoşbəxtdir

“Betis”in futbolçusu İskonun hazırkı klubundakı durumuna aydınlıq gəlib. Bunu ispaniyalı futbolçunun özü açıqlayıb.

“Betis”in əsas oyunçusu hazırda olduğu klubdan məmnunluğunu bildirib: “Burada çox xoşbəxtəm. 31 yaşım var, karyeramı tez sonlandırmaq fikrində deyiləm. Hətta “Real”dan daha tez ayrılıb bura gəlməli idim”. 

Qeyd edək ki, təcrübəli vinqer bu mövsüm “Betis”in heyətində çıxdığı 9 matçda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Leypsiq”də yeni müqavilə

Növbəti yazı

Matsen “Çelsi”də qaldı