İsak üçün növbəti mükafat
“Liverpul”un hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb.
İsveç Futbol Assosiasiyası və “Aftonbladet” qəzeti ilə əməkdaşlıq çərçivəsində İsaka mükafat təqdim olunub.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu il “Nyukasl”, “Liverpul” və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.










