İsak “Liverpul”un hədəfində
“Liverpul”un transfer etmək istədiyi hücumçu bəlli olub. Premyer Liqanın lideri Aleksander İsakın xidmətində maraqlıdır.
Mersisayd təmsilçisi mövsümün sonunda Darvin Nunyesi əvəzləyəcək hücumçu axtarır. “Nyukasl”ın 25 yaşlı isveçli hücumçusu məşqçi Arne Slotun komandasında görmək istədiyi forvarddır.
Qeyd edək ki, İsak mövsümün 28 matçında 19 qol və 5 assistə imza atıb.