İsak “Barselona”nın hədəfində
“Barselona” heyətini gücləndirməyi planlaşdırır. La Liqa nəhənginin əsas hədəfi “Nyukasl”da çıxış edən Aleksandr İsakdır.
“Barselona” isveçli forvardı yayda heyətinə qatmağı planlaşdırır. Kataloniya klubu 25 yaşlı hücumçu üçün 110 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, “Nyukasl” Aleksandr İsakı 2022-ci ilin avqust ayında “Real Sosyedad”dan transfer edib.