İsak ayın futbolçusu seçildi

İsak ayın futbolçusu seçildi

İngiltərə Premyer Liqasında 2024-cü ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib. “Nyukasl”ın hücumçusu Aleksandr İsak ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı isveçli forvard dekabr ayında İngiltərə çempionatında keçirdiyi 6 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ayın ən yaxşı məşqçisi isə “Nottingem Forest”i çalışdıran Nunu Eşpiritu Santu seçilib. Portuqaliyalı mütəxəssisin komandası Premyer Liqada 6 oyunda 5 qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da ciddi itki

Növbəti yazı

Özcan “Aston Villa” yolunda