İrvinqin 3,7 milyonluq evi
“Bruklin”in basketbolçusu Kayri İrvinq yeni ev alıb. Onun Los-Ancelesdə sahib olduğu məkanın dəyəri 3,7 milyon dollardır.
O, bir müddət öncə müqavilənin uzadılması bəndindən yararlanıb. Bu, Kayriyə 36,9 milyonluq qazanc gətirəcək.
Lakin onun mövsümə başqa komandada başlaması gözlənilir. Onun dəyişdirilməsi üçün “Leykers” danışıqlar aparır.