İraola “Tottenhem”in hədəfində
“Bornmut”un baş məşqçisi Andoni İraola komandanı tərk etməyə yaxındır. O, “Tottenhem”in baş məşqçisi postunda Ance Postekoğlunu əvəz edə bilər.
“Spurs” ispan mütəxəssisi yay üçün əsas hədəf kimi müəyyənləşdirib. Lakin onunla müqavilə imzalamaq üçün “Bornmut”a 12 milyon avro məbləğində təzminat ödəməli olacaqlar.
Klubun bu məbləği ödəməyə hazır olduğu bildirilir.