İran ilk qələbəsini qazandı
Dünya çempionatı davam edir. Ən nüfuzlu futbol turnirində bu gün 2-ci tura start verilib.
B qrupunda yer alan Uels və İran milliləri qarşılaşıb. Matç qarşılıqlı hücumlarla başlayıb. Asiyalılar erkən fərqlənsə də, VAR qolu ləğv edib. İkinci hissə də hər iki komandanın təhlükəli epizodları ilə yadda qalıb. Görüşün sonlarında Uelsin qapıçısı Ueyn Henesi qırmızı vərəqə alıb. İran futbolçuları say üstünlüyündən yararlana bilib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Rusvelt Çeşmi komandasını hesabda önə çıxarıb. Son dəqiqədə isə Ramin Rezayan səhnəyə çıxıb – 2:0.
Qeyd edək ki, qrupun digər matçında İngiltərə ilə ABŞ milliləri üz-üzə gələcək.