İnzaqiyə yeni təklif
İtaliya “İnter”i baş məşqçisi Simone İnzaqiyə yeni müqavilə ilə bağlı növbəti təklif edib. Milan təmsilçisi mütəxəssisin maaşını artırmağa hazırdır.
Klub rəhbərliyi 45 yaşlı çalışdırıcı ilə 2024-cü ilin yayına qədər olan anlaşma imzalamaq istəyir. “İnter” İnzaqiyə ildə 6 milyon avro ödəməyə razıdır. Hazırda italiyalı 4,5 milyon qazanır.
Qeyd edək ki, milanlılar A seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.