İnzaqi top-klubların hədəfində
“İnter”də ayrılıq baş verə bilər. Baş məşqçi Simone İnzaqi komandanı tərk etməyə yaxındır.
Onun xidmətində “Çelsi”, “Mançester Yunayted” və “Liverpul” maraqlıdır. Mütəxəssis “Barselona”nın da hədəfindədir. Klubların diqqətini çəkən mütəxəssisin aşağı büdcə ilə uğurlu komanda qurmaq bacarığıdır.
İnzaqinin 5,5 milyon avro maaşla 2025-ci ilin yayına kimi “İnter”lə müqaviləsi var. Premyer Liqa klubları 47 yaşlı mütəxəssisə 8 milyon avro təklif etməyə hazırdır.