İnzaqi ən yaxşı seçildi
İtaliya A Seriyasında 2023/24 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb. Bu ada “İnter”in çalışdırıcısı Simone İnzaqi layiq görülüb.
İzaqi “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini və “Yuventus”un çalışdırıcısı Tyaqo Mottanı üstələyib.
Mütəxəssisin rəhbərlik etdiyi “İnter” ötən mövsüm A Seriyasının qalibi olub.