İnzagi gələcəyi barədə danışdı
“İnter”in baş məşqçisi Simone İnzagi gələcəyi ilə bağlı açıqlama verib. O, ilin sonunu gözlədiyini söyləyib.
İnzagi danışıqlar zamanı ciddi problemlər olmayacağını qeyd edib: “Növbəti ildə qalacam? Nə hiss etdiyimi deyə bilərəm. “İnter” bu 3 ildə mənə çox şey verib, biz uzun yol qət etmişik. Birlikdə çoxlu titul qazanmışıq. İlin sonunda oturub danışacağıq, davam etmək üçün hər hansı problem olacağını düşünmürəm”.