İntizam Komitəsinin iclası keçirildi

İntizam Komitəsinin iclası keçirildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunub.

“Turan Tovuz” – “Kəpəz” matçında hər iki komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bu görüşdə qonaqların futbolçusu Dioqo Verdaska ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kəpəz” 500 manat cərimələnib.

“Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki klub 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”ın matçının hakim təyinatları açıqlandı

Növbəti yazı

“Şamaxı” 1/8 finalda, “Karvan” mübarizəni erkən dayandırdı