“İnter”in transfer siyahısında iki futbolçu
“İnter” yayda heyətini gücləndirmək niyyətindədir. Klub “Valensiya”nın sol cinah müdafiəçisi Xesus Vaskesi və “Borussiya”nın hücumçusu Markus Tyuramı transfer etməyi planlaşdırır.
“Valensiya” Vaskesi icarəyə verməyə hazırdır. Turamın Qladbax klubu ilə müqaviləsi yayda başa çatır, buna görə də milanlılar mövsüm bitdikdən sonra oyunçunu azad agent kimi heyətlərinə qatmaq istəyirlər.