“İnter”in Perişiç qərarı

“İnter”in Perişiç qərarı

“İnter” İvan Perişiçlə bağlı qərarını verib. İtaliya klubu xorvatiyalı yarımmüdafiəçini heyətində saxlayacaq.

Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu ilə anlaşma uzadılacaq. Bu məqsədlə tərəflər gələn ay danışıqlar masasına əyləşəcək.

Perişiç indiki müqaviləsi üzrə ildə 5 milyon avro qazanır. Milanlılar 2024-cü ilədək olacaq yeni anlaşmada ona 3,5-4 milyon ödəməyə razıdır. İvan cari mövsümün 16 matçında 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Voleybol Federasiyasının prezidenti bəlli oldu

Növbəti yazı

Kavani Xaviyə lazım olmadı