“İnter”in İnzaqi planı
“İnter”in baş məşqçisi Simone İnzaqi komandası ilə yeni müqavilə imzalaya bilər. Klub rəhbərliyi mütəxəssisə 2027-ci ilin ortalarına qədər yeni müqavilə təklif etməyi planlaşdırır.
Simone 2021-ci ilin yayından “İnter”ə rəhbərlik edir.
Bu müddət ərzində “İnter” A Seriyası çempionu olmaqla yanaşı, ölkə kubokunu və Superkubokunu da qazanıb.
İtaliya çempionatının cari mövsümündə “İnter” 29 turdan sonra 64 xal toplayıb. İnzaqinin komandası ən yaxın izləyicisini 3 xal qabaqlayaraq birinci yerdə qərarlaşıb.