“İnter”in hücum xəttində itkilər
“İnter”in hücumçusu Lautaro Martinez zədələnib. O, A Seriyasının “Roma” ilə oyunda (1:2) budundan xəsarət alıb.
Argentinalı futbolçunun oktyabrın 4-də Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya qarşı keçirəcəkləri matçda iştirak etməyəcəyi bildirilir. Martinez görüşü tam başa vurub. Lakin “İnter”in məşqçilər korpusu hücumçunun sağlamlığını riskə atmamağa qərar verə bilər.
Qeyd edək ki, “İnter”in digər hücumçusu Romelu Lukaku da “Barselona”ya qarşı oynamayacaq.