“İnter”dən Taremi qərarı
“İnter” Mehdi Taremi üçün gələcək transfer təkliflərini dəyərləndirəcək. Bu barədə “Corriere dello Sport” məlumat yayıb.
İtaliya nəhənginin iranlı futbolçu üçün 3-5 milyon avro aralığında məbləğ irəli sürən klublarla danışıqlar masasına oturacağı bildirilib.
Qeyd edək ki, 32 yaşlı Taremi İran və İsrail arasında gedən münaqişə səbəbindən ölkəsini tərk edə bilmir. Hücumçu komandası ilə birgə klublararası dünya çempionatına da qatıla bilməyib.