“İnter”dən qələbə, “Napoli”dən darmadağın

“İnter”dən qələbə, “Napoli”dən darmadağın

Çempionlar Liqasında 3-cü tura start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub.

Günün mərkəzi görüşündə “İnter” “Barselona”nı qonaq edib. Gərgin keçən matçda meydan sahibləri Hakan Çalhanoğlunun vurduğu qolla qalib gəlib – 1:0.

“Bavariya” və “Napoli” isə darmadağına imza atıblar. Almaniyalılar evdə “Viktoriya”nı 5 cavabsız qolla, İtaliyalılar səfərdə “Ayaks”ı 6:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
A qrupu
“Liverpul” (İngiltərə) – “Reyncers” (Şotlandiya) 2:0
“Ayaks” (Niderland) – “Napoli” (İtaliya) 1:6

B qrupu
“Portu” (Portuqaliya) – “Bayer” (Almaniya) 2:0
“Brügge” (Belçika) – “Atletiko” (Madrid, İspaniya) 2:0

C qrupu

“Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) – 5:0
“İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:0

D qrupu

“Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) 4:1
“Ayntraxt” (Frankfurt, Almaniya) – “Tottenhem” (İngiltərə) 0:0

ETOPAZ

Əvvəlki yazı

Ruud Abu Dabi turnirində

Növbəti yazı

Xavinin komandasından rekord