“İnter”dən qələbə, Leypsiqdə bərabərlik

“İnter”dən qələbə, Leypsiqdə bərabərlik

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. Bu gün daha 2 qarşılaşma baş tutub.

“Leypsiq” “Mançester Siti”ni qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. Hesab ilk hissədə açılıb. 27-ci dəqiqədə Riyad Mahrez qonaqları sevindirib. Almaniyalıların buna cavabı ikinci yarıda gəlib. 70-ci dəqiqədə Yoşko Qvardiol yekun nəticəni müəyyənləşdirib – 1:1.

Digər matç Milanda baş tutub. “İnter” “Porto”nu qəbul edib. Tərəflərin səylərinə baxmayaraq, ilk hissədə hesab açılmayıb. Oyunun sonlarında səhnəyə Romelu Lukaku çıxıb. Onun qolu ilə meydan sahibləri minimalhesablı qələbə qazanıb.

e-Topaz

Əvvəlki yazı

Ramil Şeydayev: “Bakıdakından fərqli matç olacaq”

Növbəti yazı

Mahrez 5-ci oldu