“İnter”dən 10 milyon avro
“İnter” icarəyə götürdüyü Kristian Asllaninin transfer hüququna sahib çıxıb. Milan klubu yarımmüdafiəçinin müqaviləsindəki bəndi aktivləşdirib.
“İnter” 20 yaşlı albaniyalı futbolçu üçün “Empoli”yə 10 milyon avro ödəyəcək. Sonuncular lavə bonuslar da əldə edə bilər.
2022-ci ilin yayından “neradzurra”da icarədə olan futbolçu 20 matç keçirib.