“İnter”də yeni rəhbərlik
“İnter”in sahibi dəyişib. Klub ABŞ-ın “Oaktree Capital” investisiya fondunun idarəçiliyinə keçib.
2021-ci ildə “neradzurri”nin sahibi Stiven Çjan fonddan 380 milyon avro kredit götürüb. O, girov kimi klubun səhmlərini qoyub. Çjan krediti vaxtında ödəyə bilmədiyi üçün klub amerikalılara keçib.