“İnter”də yeni müqavilə
“İnter” Matteo Darmianla bağlı qərarını verib. Klub onu komandada saxlamaq niyyətindədir.
“Neradzurri” müdafiəçisi ilə müqaviləni 2025-ci ilə qədər uzatmağı düşünür. “İnter” 33 yaşlı futbolçunun nümayiş etdirdiyi oyun səviyyəsindən razıdır. Darmianın özü də komandada qalmaq niyyətindədir.