“İnter”də yeni müqavilə
“İnter” komandanın baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını verib. Klub rəhbərliyi onunla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
Tərəflər yeni sövdələşmə barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən, italiyalının maaşı artırılacaq.
Qeyd edək ki, Simone ilə İtaliya klubu arasında mövcud müqavilə gələn ilin yayında başa çatacaq.












