“İnter”də xorvatiyalı müdafiəçi
“İnter” müdafiə xəttini gənc oyunçu ilə gücləndirib. A Seriyası nəhəngi “Dinamo”da çıxış edən Leon Yakiroviçin keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“İnter” 18 yaşlı mərkəz müdafiəçisi üçün Zaqreb klubuna 2,5+2 milyon avro təzminat ödəyəcək. Xorvatiyalı futbolçu bu həftə Milana gedib yeni klubu ilə müqavilə imzalayacaq.












