“İnter”də ilk iranlı
“İnter” heyətini yeni oyunçu ilə gücləndirib. Klub iranlı futbolçu Mehdi Taremini rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı iranlı futbolçu İtaliya klubu ilə 2027-ci il iyunun 30-na kimi müqavilə imzalayıb. Taremi “Portu” ilə müqaviləsi bitdikdən sonra azad agent kimi “İnter”ə keçib. Mehdi “neradzurri”nin tarixinə ilk iranlı futbolçu kimi düşüb.