“İnter”də ciddi itki

“İnter”də ciddi itki

“İnter”in heyətində ciddi itki yaşanıb. Milan təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Napoli” ilə keçirilən oyunda (2:2) zədələnən 31 yaşlı türkiyəli futbolçunun sol baldır nahiyəsində zorlanma aşkar edildiyi bildirilib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

”Neftçi” 1/4 finalda

Növbəti yazı

“Mançester Yunayted”də yeni baş məşqçi