“İnter” və ”Mançester Siti” yarımfinalda
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bu gün raundun son 2 matçı keçirilib.
“İnter” ilk oyunda 2:0 hesabı ilə üstələdiyi ”Benfika”nı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Nikolo Barella bu oyunda da fərqlənməyi bacarıb – 1:0. Qoldan sonra irəli atılan qonaqlar hesabı bərabərləşdirib. Lakin ”neradzurri” daha 2 qol vurub. Matçda dönüş yaratmağa çalışan portuqaliyalılar son dəqiqələrdə fərqi aradan qaldırıb – 3:3.
“Bavariya” isə “Mançester Siti”ni qəbul edib. Qarşılaşma qarşılıqlı hücumlarla keçib. Hesab ikinci yarıda açılıb. Erlinq Haaland adını tabloya yazdırıb. Meydan sahiblərinin buna cavabı matçın sonlarında gəlib. Coşua Kimmix penaltini dəqiq yerinə yetirib – 1:1. İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən ”şəhərlilər” adını yarımfinala yazdırıb.
Qeyd edək ki, ”Mançester Siti” ”Real”a, ”İnter” isə “Milan”a rəqib olub.