“İnter” onu komandada saxladı
Stefan de Vreyin aqibətinə aydınlıq gəlib. O, “İnter”i tərk etməyəcək.
31 yaşlı müdafiəçi yeni razılaşmaya imza atıb. De Vrey 2025-ci ilin yayınadək “İnter”də çıxış edəcək. O, 2018-ci ildə komandaya gəlib və burada 204 oyun keçirib. Stefanın hesabında 9 qol var.