“İnter Mayami”nin istədiyi çalışdırıcı
“İnter Mayami”nin baş məşqçi postuna əsas namizəd bəlli olub. ABŞ klubu Xerardo Martino ilə anlaşmağa yaxındır.
60 yaşlı mütəxəssis Fil Nevillin istefasından sonra boş qalan postu tutmağa razılıq verib. “Barselona”nın sabiq baş məşqçisinin təyinatı yaxın müddətdə rəsmiləşəcək. O, işinə iyulun əvvəlində başlayacaq.