“İnter Mayami”dən növbəti çempionluq
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS Kubokunu qazanıb. Sözügedən komanda həlledici görüşdə “Vankuver”lə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:1.
“İnter Mayami”nin qollarını Okampo (avtoqol), Rodriqo De Paul və Tadeo Allende vurub. Messi bu görüşdə iki məhsuldar ötürmə edib. “Vankuver”də isə Ali Ahmed fərqlənib.












