“İnter” Lukakudan imtina etdi
Romelu Lukaku “İnter”ə qayıtmayacaq. İtaliya klubu hücumçudan imtina edib.
Buna Lukakunun “Yuventus”la danışıqlar aparması səbəb olub. Bu üzdən “İnter” həm futbolçu, həm onun məxsus olduğu “Çelsi” ilə danışıqları dayandırıb.
Qeyd edək ki, belçikalı ötən mövsümü icarə əsasında Milan təmsilçisində keçirib.