“İnter” – “Fiorentina” matçının vaxtı dəqiqləşdi
İtaliya kubokunda finalın vaxtı dəqiqləşib. Həlledici matçda “İnter”lə “Fiorentina” görüşəcək.
Florensiya klubu 9 ildən sonra finala yüksəlib. “Bənövşəyilər” 2014-cü ildə bunu bacarıb.
Final mayın 24-də baş tutacaq. Qarşılaşma Romadakı Olimpiya stadionunda keçiriləcək.