“İnter” finalda
İtaliya Superkubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Səudiyyə Ərəbistanında təşkil olunan turnirdə “İnter” “Atalanta” ilə qarşılaşıb.
Simone İnzaginin komandası 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu fasilədən sonra niderlandlı Dumfries vurub.
Bu gün keçiriləcək digər yarımfinalda “Milan” “Yuventus”la üz-üzə gələcək.
İtaliya Superkuboku
Yarımfinal
“İnter” – “Atalanta” – 2:0