“İnter” Damfrisin qiymətini müəyyənləşdirdi
“İnter”in futbolçusu Denzel Damfris bir sıra klubların maraq dairəsindədir. “Neradzurri” müdafiəçisinin qiymətini müəyyənləşdirib.
İtaliya klubu 26 yaşlı futbolçunu 40 milyon avroya satmağa hazırdır. “Tottenhem”in baş məşqçisi Antonio Konte heyətini gücləndirmək üçün niderlandlını yanvarda almaq istəyir.