“İnter” çətin durumda
İtaliyanın “İnter” klubu ciddi maliyyə çətinliyi ilə üzləşib. A seriyası təmsilçisi 2022-ci ilin iyununa qədər 100 milyon avro qazanmalıdır.
Milanlılar bu çətin durumdan çıxmaq üçün liderlərindən birini satmalıdır. Lautaro Martines, Nikolo Barella, Milan Şkrinyar və ya Alessandro Bastonidən biri ilə vidalaşmağa məcburdur. “İnter” Aleksis Sançes üçün də yeni klub axtarır. Onun yanvarda satılması gözlənilir.
Xatırladaq ki, “neradzurra” bu ilin yayında Romelu Lukaku və Əşrəf Hakimi ilə vidalaşıb.