“İnter” “Bavariya”nın müdafiəçisini istəyir
“Bavariya”nın və Mərakeş millisinin müdafiəçisi Nussayr Mazraui komandanı tərk edə bilər. Onun xidmətində “İnter” maraqlıdır.
İtaliyalılar onu Denzel Damfrisin əvəzləyicisi kimi görür. Bildirilir ki, dünya çempionatından sonra oyunçuya marağın artması fonunda “İnter” rəhbərliyi gələn yay niderlandlı ilə yollarını ayıracaq.