“İnter” baş məşqçisi ilə müqaviləni uzadacaq

“İnter” baş məşqçisi ilə müqaviləni uzadacaq

“İnter” baş məşqçisi ilə əməkdaşlığa davam edəcək. A seriyası klubu Simon İnzaqi ilə müqaviləni yaxşılaşdırılmış şərtlərlə uzadacaq.

45 yaşlı mütəxəssisə 2024-cü ilə qədər olan müqavilənin daha bir mövsüm uzadılması ehtimalı təklif olunacaq. Yeni müqaviləyə əsasən, italiyalının maaşı illik 4,5 milyon avrodan 5 milyona yüksələcək. Sözləşmədə əlavə bonuslar da nəzərdə tutulur.

“Nerazzurri”nin prezidenti Stiven Can məşqçi ilə çox yaxşı münasibətdədir. O, İnzaqinin işini yüksək qiymətləndirir.

e-Topaz

Əvvəlki yazı

Reşford mövqeyindən narazıdır

Növbəti yazı

Suarez A Seriyası yolunda