“İnter” “Atalanta”nın futbolçusunu istəyir
“İnter” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Klub “Atalanta”nın ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovskinin xidmətində maraqlıdır.
“İnter” qarşıdakı qış transfer pəncərəsində futbolçunun transferi üçün 25 milyon avro təklif edə bilər. Milanlıların keçid qiymətini azaltmağa çalışacağı bildirilir.