“İnter” alban yarımmüdafiəçi alır
“İnter” Kristian Aslaninin transferini razılaşdırıb. “Empoli”nin albaniyalı dayaq yarımmüdafiəçisi bir mövsümlük icarəyə götürüləcək.
20 yaşlı futbolçunun 4 milyon avroluq icarə müqaviləsində onun sonradan 10 milyon avroya transfer olunmaq öhdəliyi də var. “Empoli” daha 2 milyon bonus da qazana bilər.