“İnter” 8-ci dəfə İtaliya kubokunu qazandı

“İnter” 8-ci dəfə İtaliya kubokunu qazandı

İtaliya kubokunda final oyunu keçirilib. Paytaxtdakı Olimpiya Stadionunda baş tutan matçda “Yuventus”la “İnter” qarşılaşıb.

Məhsuldar keçən görüşün taleyi əlavə vaxtda həll olunub. Nikolo Barella 6-cı dəqiqədəki erkən qolla milanlıları sevindirsə də, fasilədən sonra Aleks Sandro və Duşan Vlahoviç “Yuventus”u hesabda önə çıxarıb. Hakimin final fitinə 10 dəqiqə qalmış penaltini dəqiq yerinə yetirən Hakan Çalhanoğlu “neradzurra”nı məğlubiyyətdən xilas edib.

Kubokun sahibinin müəyyənləşdiyi əlavə 30 dəqiqənin qəhrəmanı İvan Perişiç olub. İki qol vuran xorvatiyalı “İnter”ə qələbə qazandırıb – 4:2. Görüşün sonlarında turinlilərin baş məşqçisi Massimiliano Alleqri də qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.

Bununla da Milan təmsilçisi tarixində 8-ci dəfə kuboku başı üzərinə qaldırıb. “İnter” sonuncu dəfə 2011-ci ildə sahib olduğu mükafatı 11 ildən sonra qazanıb.

e-Topaz

Əvvəlki yazı

Sürpriz kupon – 12.05.2022

Növbəti yazı

De Yonq “Mançester Yunayted”in hədəfində