İnsinye Avropaya dönmək niyyətində
“Toronto”nun hücumçusu Lorenzo İnsinye komandanı tərk edə bilər. O, qış transfer pəncərəsində A Seriyasına qayıtmaq niyyətindədir.
32 yaşlı futbolçunun agentləri hazırda onun İtaliyaya dönməsi üçün variantları axtarırlar. Forvardın Avropada son klubu “Napoli” olub.