İnqilab Məmmədov final matçında

İnqilab Məmmədov final matçında

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb. O, Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.

Gürcüstanın Batumi şəhərində təşkil olunan turnirin həlledici görüşündə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaqlar. Bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.

ETOPAZ

Əvvəlki yazı

Rakitiç Xorvatiyaya döndü

Növbəti yazı

Van Dayk Səudiyyə Ərəbistanı yolunda