İngiltərədən yeni rekord
İngiltərə millisi İsveçrə ilə yoldaşlıq oyununda 2:1 hesabı ilə qalib gəlib. “Uembli”dəki əzmkar qələbə ilə futbolun yaradıcılarının məğlubiyyətsiz oyunlar seriyası 21-ə çatıb.
Bu, İngiltərə yığmasının tarixində yeni rekorddur. Qaret Sautqeytin yetirmələri sonuncu dəfə 2020-ci ilin noyabrında Belçikaya 0:2 hesabı ilə uduzub.
Həmin matçdan sonra 17 qələbə və 4 heç-heçə qeydə alınıb. İngiltərə yığması bu sülhlərdən birinin penaltilər seriyasında məğlub olsa da, oyunsonrası “lotereya” seriyalarda nəzərə alınmır.