İngiltərədən qolsuz sülh

İngiltərədən qolsuz sülh

DÇ-2022-də altıncı oyun gününə yekun vurulub. Günün son qarşılaşması B qrupunda baş tutub.

II turun matçında İngiltərə və ABŞ yığmaları üz-üzə gəlib. Qarşılıqlı hücumlarla keçən görüşdə qalib müəyyənləşməyib – 0:0.

Bu qolsuz heç-heçədən sonra xal hesabını 4-ə çatdıran İngiltərə millisi qrupun liderliyini qoruyub. İran 3 xalla ikinci, ABŞ 2 xalla üçüncüdür. Bir xala malik Uels sonuncu sırada yer alıb.

Qeyd edək ki, noyabrın 29-da baş tutacaq son turda İngiltərə Uelsə, İran ABŞ-la görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Niderland “17”yə çatdı

Növbəti yazı

Argentina üçün son şans, Fransa 1/8 finalın bir addımlığında