İngiltərədən böyükhesablı qələbə
Dünya çempionatının qrup mərhələsinin birinci turunun matçları keçirilir. B qrupunun ilk oyununda İngiltərə İranla qarşılaşıb.
Görüş britaniyalıların üstünlüyü ilə başlayıb. Bu, 35-ci dəqiqədə özünü hesabda göstərib. Cud Bellinqem fərqlənib. 9 dəqiqə sonra Bukayo Saka fərqi iki topa çatdırıb. Çox keçməmiş Rahim Sterlinq də adını tabloya yazdırıb.
İkinci hissəyə İran futbolçuları daha fəal başlayıb. 65-ci dəqiqədə Mehdi Taremi hesab arasındakı fərqi azaldıb. Lakin az sonra Markus Reşford qol vurmağı bacarıb. Matçın sonlarında isə komandalar hərəyə bir dəfə fərqlənib. 90-cı dəqiqədə Cek Qriliş adını tabloya yazdırıb. Oyunun əsas vaxtına əlavə olunmuş 14-cü dəqiqədə Mehdi Taremi penaltini dəqiq yerinə yetirib – 6:2.
Qeyd edək ki, B qrupunun növbəti matçında ABŞ Uelslə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.