İngiltərə klubunun Runi planı

İngiltərə klubunun Runi planı

Ueyn Runinin çalışdıra biləcəyi klub bəlli olub. İngiltərə millisinin sabiq futbolçusu “Birminhem”i çalışdırmağa əsas namizəddir.

Çempionşipin cari mövsümündə məğlub olmayan klubun rəhbərliyi Con Yustası postundan göndərməyi planlaşdırır. 5 turdan sonra 11 xalla 4-cü olan komandaya daha tanınmış simanın gətirilməsi nəzərdə tutulub.

Runi ötən ilin yayından MLS təmsilçisi “Di Si Yunayted”ə rəhbərlik edir. 37 yaşlı ingiltərəli vətənində “Derbi Kaunti”də də işləyib.

ETOPAZ

Əvvəlki yazı

“Dördlər finalı” Barselonada

Növbəti yazı

Kvaratsxeliyanın “Napoli” perspektivi