İngiltərə klubunda yeni müqavilə
“Bornmut” futbolçusu Dominik Solanke ilə müqaviləni uzadıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
25 yaşlı hücumçu ilə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Solanke 2019-cu ilin yanvarından indiki klubunda forma geyinir.
Dominik ötən mövsümdə 35 matça çıxıb. O, 7 qol və 7 assistə imza atıb.