İngiltərə klubunda müqavilə uzadıldı
“Nottinhem Forest” futbolçusu Serj Orye ilə müqaviləni uzadıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Fil Dişi Sahilindən olan müdafiəçi ilə anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 30 yaşlı futbolçu ilə müqavilə avtomatik uzadııb.
O, başa çatan mövsümdə 28 matça çıxıb. Arxa xətt oyunçusu 1 qol vurub.