İngiltərə Fransaya rəqib oldu
DÇ-2022-nin 1/4 final mərhələsinin daha bir cütü bəlli olub. Yarımfinala vəsiqə uğrunda matçda İngiltərə Fransa ilə görüşəcək.
Sonuncular 1/8 finalda Polşanı 3:1 hesabı ilə məğlub edib. İngiltərə isə Seneqala üç cavabsız qol vurub.
Bu qarşılaşma dekabrın 9-da baş tutacaq. İlk 1/4 final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.